Xəzər Xəbər

Yanacaq qatqılarının avtomobilə təsiri var? VİDEO

Veb TV | 21:00 • 3 Fevral 2024
Yanacaq qatqılarının avtomobilə təsiri var?

''Oktan ədədini artırır, avtomobilin mühərrikinin iş prinsipini  daha da yaxşılaşdırır''.

Xezerxeber.az-ın məlumatına görə, bu kimi sözlərlə demək olar ki, istənilən sürücü ən çox da yanacaqodlurma məntəqələrində rastlaşır.

Sürücülərə yaxınlaşan yanacaqoldurma məntəqələrinin işçiləri müxtəlif qiymətlərə olan yanacaq qatqılarını təkilif edirlər. Bəs belə qatqıların yanacağın keyfiyyətinə təsiri varmı?

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, bəzi sürücülər istehsalçı zavodun tələbinə uyğun yanacaqdan istifadə etmirlər. Onun sözlərinə görə, “Avro-4” və “Avro-5” standartlı avtomobillərdə “Aİ-95” yanacağından istifadə edilməlidir. Bəs “Aİ-92” yanacağından istifadə edən sürücülər oktan əmsalını artırmaq üçün qatqıdan istifadə edə bilərlərmi?

Avtomobil ustası hesab edir ki, bu cür qatqılar hətta dizel mühərrikli avtomobillər üçün də xeyirlidir.

Ustanın sözlərinə görə, qatqıdan istifadə edilən avtomobilin yanacaq sistemi, şamları, qapayıcı və çiləyiciləri də uzunömürlü ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar