Xəzər Xəbər

Əmək kitabçaları tamamilə ləğv olunur? VİDEO

Veb TV | 20:07 • 3 Fevral 2024
Əmək kitabçaları tamamilə ləğv olunur?

Son günlər Azərbaycanda əmək kitabçalarının ləğv olunacağı barədə məlumatlar yayılır.   

Sosial şəbəkələrdə bəzi hüquqşünaslar və vətəndaş cəmiyyəti üzvləri tərəfindən əmək kitabçasının ləğv olunması ilə bağlı fikirlər səsləndirilməkdədir. Bəs bu məlumatlar nə dərəcədə realdır?

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Məşğulluq Agentliyinin departament müdiri Hacı Əliyev deyir ki, əmək münasibətləri ilə bağlı kağız üzərində aparılan bütün əməliyyatların artıq elektron qaydada həyata keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, əmək kitabçalarının dövriyyədən çıxarılması prosesi mərhələli şəkildə həyata keçirilməlidir.

Qeyd edək ki, bu proses "Əmək və məşğulluq" altsistemi üzərindən tədricən aparılacaq. Bu altsistem işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrinin bağlanılması, rəqəmsal kadr uçotu sisteminin yaradılması və bir sıra digər məsələləri özündə əks etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar