Xəzər Xəbər

Xərçəng xəstəliyi ilə bağlı QORXUNC PROQNOZ VİDEO

Veb TV | 00:35 • 3 Fevral 2024
Xərçəng xəstəliyi ilə bağlı QORXUNC PROQNOZ

2050-ci ilə qədər dünyada xərçəng xəstəliyinin 77 faiz aratacağı gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu proqnoz Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin hesablamalarında yer alıb. Bildirilib ki, ötən il 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Ən geniş yayılmış növləri isə ağciyər, süd vəzi, elcə də yoğun və ya düz bağırsaq xərçəngi olub. 2050-ci ilə qədər isə yəni yoluxma sayının illik 35 milyona çatacağı proqnozlaşdırır.

Mütəxəssislərin sözlərinə görə, xərçəngi yaradan əsas amillər sağlam qidalanmamaq və oturaq həyat tərzidir.

Onkoloq Afət Cabbarova deyir ki, onkoloji xəstəliklərdən birindən xilas olmaq yolu bütün dünyada tapılıb. Lakin Azərbaycanda bu növə yoluxanların sayı hələ də kifayət qədərdir. Bunun da əsas səbəbi laqeydlikdir.

Onkoloji xəstəliyin artmasında digər amillər olaraq tütün məhsulları və alkoqoldan istifadə, piylənmə, hormonal pozğunluqlar və havanın çirklənməsi göstərilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti