Xəzər Xəbər

Yayda toz, qışda isə palçıq – Biləsuvarda bəzi məhəllə və kənd arası yollar belədir VİDEO

Veb TV | 21:22 • 2 Fevral 2024
Yayda toz, qışda isə palçıq – Biləsuvarda bəzi məhəllə və kənd arası yollar belədir

Su basmış və palçıqlı yollar. Kələkötür hissələr və yarğan əmələ gəlmiş böyük bir sahə...

Xezerxeber.az xəbər verir ki, söhbət Biləsuvarın Bəydili kəndindən gedir. Kəndin yolları bərbad haldadır. Bir neçə gün əvvəl ölkə ərazisinə yağan qar vəziyyəti daha da çətinləşdirib.

Kənd sakinləri deyir ki, uşaqlar qışda məktəbə gedə bilmirlər. Problem bununla da bitmir. Yağış yağan kimi qrunt suları həyətlərə və evlərin zirzəmilərinə dolur.

Bu yollarda nəqliyyat vasitələri də çətinliklə hərəkət edir. Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Bəydili Kənd Bələdiyyəsinin sədri İlqar Kərimov bildirdi ki, vəziyyətin bu həddə çatmasına səbəb sakinlərin özlərinin yaratdıqları maneələrdir. Bələdiyyə qrunt sularının axması üçün kanallar qazır, sakinlər isə oraya zibil tökərək doldururlar.

O ki, qaldı məhəllənin tam asfaltlanmasına, bələdiyyənin büdcəsində vəsait olduqda bu məsələ də həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti