Gəncədə yataqxanada yanğın olub.
Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun yayılmasının qarşısı alınıb. Bir neçə otaq tamamilə yararsız hala düşüb
Hadisə zamanı yaranan qatı tüstü 2 nəfərin zəhərlənməsinə səbəb olub. 61 yaşlı Çimnaz Mustafayevaya hadisə yerində ilkin yardım göstərilib. 18 yaşlı Pərviz Tağıyev isə xəsətəxanaya aparılıb.
Sumqayıtda da güclü yanğın olub. Hadisə əşya bazarı kimi adlanan ərazidə qeydə alınıb.
Şəhər sakini, 34 yaşlı Hacıyev Mübarizə məxsus meyvə-tərəvəz mağazası yanıb. Daha sonra alov yaxınlıqda park edilmiş yük avtomobilinə keçib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Hadisənin səbəbi araşdırılır.
Mingəçevirdə isə tədris istehsalat kombinatının binasında yanğın qeydə alınıb.
Alovların ram edilməsi üçün hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: