Ermənistanın hansı maddələrlə, hansı çayları çirkləndirdiyini özündə ehtiva edən dağ-mədən xəritəsi hazırlanır.
Xezerxeber.az-ın xəbərinə görə, "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, xəritə Ermənistanın Azərbaycanla sərhədində olan dağ-mədən sənayesinin yerləşdiyi yerləri deyil, bütün Ermənistan ərazisini əhatə edəcək.
İki formatda hazrılanan xəritələr vasitəsilə bilmək olacaq ki, Ermənistanın harada faydalı qazıntıları var. Xəritədə ekoloji məlumatlar da yerləşdiriləcək. Hansı çaylar hansı maddələrlə çirkləndirilir və hara axıdılır.
Müqabil Bayramov söyləyib ki, xəritə Azərbaycan toponimləri ilə əsasında hazırlanacaq.
Xəritə Azərbaycan, ingilis və erməni dillərində olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: