Yatmaq üçün otağına gedən 11 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.
Xezerxeber.az xəbər verir ki, faciəvi hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 11 yaşlı Mədinə İsmayılova dünən axşam dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, anası mətbəxdə yemək bişirərkən Mədinə otağına gedib yatmaq istədiyini deyib. Uşaq gedəndən biraz sonra anası otağa daxil olanda uşağını huşsuz vəziyyətdə görüb.
Daha bir dəm qazından zəhərlənmə hadisəsi isə Qubada qeydə alınıb. Rayonun Xaltan kənd sakini 58 yaşlı Sədaqət Ramazanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: