Bu ilin ilk ayında uşaqlara ən çox qoyulan adlar açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, oğlanlara ən çox Hüseyn, qızlara isə Məryəm adı verilib.
Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli bildirib ki, müraciətlər içərisində övladına qəribə adlar vermək istəyənlər də var.
Baba Məhərrəmli əlavə edib ki, dilçilik institutunda adlar və soyadlar komissiyası fəaliyyət göstərir. Adlar Azərbaycan dilinin ümumi quruluşuna uyğun gəlməyəndə mənfi rəy verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: