Xəzər Xəbər

Təhsili repetitor asılılığından necə xilas etmək olar? VİDEO

Veb TV | 12:30 • 2 Fevral 2024
Təhsili repetitor asılılığından necə xilas etmək olar?

Ali məktəbə qəbul olmaq istəyən abituriyentlərin demək olar ki, hamısı repetitor yanına gedir. Artıq təhsilin bugünki vəziyyətini repetitorsuz təsəvvür etmək çətindir.

Xezerxeber.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, imtahan suallarının çətinliyi ölkənin təhsil sistemini repetitorlardan asılı vəziyyətə salıb.

Onun fikrincə, qəbul imtahanlarında təqdim edilən sualların, həmçinin test tapşırıqlarının əksəriyyəti orta məktəblərdə tədris olunmur. Ekspert vurğulayır ki, təhsil göstəriciləri yüksək olan Koreya və Sinqapur kimi ölkələrin  məktəblərində şagirdə verilən biliklərlə universitetlərə qəbul olmaq mümkündür. Azərbaycanda isə abituriyentlərin hətta minimum balı toplaması üçün orta məktəb biliyi kifayət etmir.

Ekspert qeyd edir ki, Azərbaycandan fərqli olaraq, qonşu ölkələr - Türkiyə, Gürcüstan və Rusiyada orta məktəblərin göstəriciləri ali məktəblər üçün yetərli hesab edilir.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Xəbər lenti

Çox oxunanlar