İstehlak bazarında ayrı-ayrı ölkələrdən idxal edilmiş və ya yerli istehsal olan müxtəlif tərkibdə, qiymətdə yağlar satılır.
Xezerxeber.az-ın məlumatına görə, bəzən isə marketlər və bazarlarda marqarin yağı kərə yağı adı altında satılır.
Bəs istehlakçı aldanmamaq üçün sadə yolla həqiqi kərə yağını necə müəyyən etməlidir.
Xəzər Televiziyasında yayımlanan “Xəbər Ertəsi” verilişində qida eksperti Seymur Qafarov tərəfindən müxtəlif qiymətə satılan yağların yoxlanması prosesi keçirilib.
Proses yağlara həm su, həm də yod əlavə etməklə aparılıb.
Nəticələr isə canlı yayımda tamaşaçılara nümayiş etdirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: