Xəzər Xəbər

Milli Məclisin iclası keçirilib - Deputatlar bir sıra təkliflərlə çıxış ediblər VİDEO

Veb TV | 21:12 • 1 Fevral 2024
Milli Məclisin iclası keçirilib -  Deputatlar bir sıra təkliflərlə çıxış ediblər

"Avropada müəyyən qüvvələr Azərbaycanın qələbəsi ilə heç cür barışa bilmir".

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova bildirib.

Spiker deyib ki, demokratik dəyərləri dəstəklədiyini bəyan edən Avropa Şurasının Parlament Assambleyası məhdud siyasi maraqlarını təmin etməyə çalışan qüvvələrin əlində alətə çevrilib.

Millət vəkilləri Niderland Parlamentinin İkinci Palatasının Xarici əlaqələr komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı səsləndirilən fikirlərə də münasibət bildiriblər.

İclasda gündəlikdə olan məsələlərin müzakirəsi zamanı millət vəkilləri bir sıra problemlərə diqqət çəkiblər.

Millət vəkili Elnur Allahverdiyev dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmət keçmək üçün alternativ imkanların yaradılmasına diqqət çəkib. ''Tutaq ki, müddətli həqiqi hərbi xidmətin müddəti 1 il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün 1 il təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar'',- deyə o əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar