Xəzər Xəbər

Qarabağda bu yollar yenidən qurulacaq SİYAHI/VİDEO

Veb TV | 20:07 • 1 Fevral 2024
Qarabağda bu yollar yenidən qurulacaq

Bu il Qarabağda bir neçə yol yenidən qurulacaq.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa, Tərtər-Ağdərə və Füzuli-Xocavənd-Ağdam avtomobil yollarının əsaslı şəkildə təmirinə başlanacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O deyib ki, Qarabağda plana uyğun olaraq, 15 layihədən 11-nin icrasının 2024-cü ildə, üç layihənin 2025-ci ildə, bir layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Anar Nəcəfli qeyd edib ki, ötən il Suqovuşan-Sərsəng Su Anbarı-Qozlukörpü-Kəlbəcər, Ağdərə-Ağdam, Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və Şuşa-Laçın avtomobil yollarının yenidən qurulmasına da başlanıb.

Mətbuat katibi əlavə edib ki, ötən dövr ərzində Qarabağda 5 avtomobil yolunun tikintisi yekunlaşıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar