Nikah və boşanmaya dair yeni prosedurlar müəyyənləşib.
Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış elektron formada əldə ediləcək.
Xezerxeber.az-ın məlumatına görə, bu günə qədər nikaha daxil olmaq istəyən vətəndaşlar öz ərizələrilə birlikdə tibbi müayinə ilə bağlı arayışı da əlavə edirdilər. Artıq həmin proses elektronlaşır.
Nazirlər Kabineti tərəfindən "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda edilən digər dəyişiklik isə nikahın ləğvi ilə bağlıdır.
Nikahın məhkəmə qaydasında pozulması ilə bağlı məlumatları da qediyyat şöbəsi elektron sistemdən əldə edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: