Xəzər Xəbər

Lerikdə istirahət mərkəzi, Göyçayda isə ikimərtəbəli ev yanıb VİDEO

Veb TV | 20:39 • 1 Fevral 2024
Lerikdə istirahət mərkəzi, Göyçayda isə ikimərtəbəli ev yanıb

Lerikdə istirahət mərkəzində baş verən yanğın nəticəsində sahibkara 250 min manata yaxın ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Lerikin Sivəkəran kəndində yerləşən istirahət mərkəzində qeydə alınıb.

Yanğın təqribən 500 kv/m sahədə olmaqla mətbəx və kotteci əhatə edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lerikdən 2, Lənkərandan isə 1 texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb.

Ümumilikdə istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik ümumi sahəsi 120 m² olan 3 ədəd kottecdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb. Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Ümumilikdə sahibkara 250 min manata yaxın ziyan dəyib. İlkin ehtimala görə, yanğın havalandırma sistemində yaranan qısaqapanma səbəbindən baş verib.

Təhlükəsizlik sisteminə gəlincə, istirahət mərkəzinin sahibi bildirib ki, otaqların hər birində yanğınsöndürən balon və digər alətlər olub. 

Göyçayda isə ikimərtəbəli fərdi yaşayış evi yanıb. Hadisə rayonun Məlikkənd kəndində qeydə alınıb. Kənd sakini Şamil Abdullayevə məxsus ümümi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli evin 140 kadratmetrlik hissəsi əşyalarla birlikdə tam yanıb. Hadisə yerinə Göyçay Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub. Alov söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.

Fakla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti