Xəzər Xəbər

Suqızdırıcılar hamam otaqlarında deyil, mətbəxlərdə quraşdırılmalıdır VİDEO

Veb TV | 20:55 • 1 Fevral 2024
Suqızdırıcılar hamam otaqlarında deyil, mətbəxlərdə quraşdırılmalıdır

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu aydan etibarən fərdi yaşayış evlərində və mənzillərdə texniki müayinələrin aparılmasına başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, ilkin mərhələdə düzgün qaydalara əməl edilməsi  üçün vətəndaşlara xəbərdarlıq olunacaq. Əgər problem həll olunmasa, bu zaman həmin abonentlərin 30 gün ərzində qazları kəsiləcək.

"Azəriqaz" İB-nin şöbə rəisi İlkin Behbudov hamam otaqlarında qaz detektorlarından istifadə etməyin lazım olduğunu da bildirib.

"Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri həmçinin suqızdırıcıların yalnız mətbəxlərdə xüsusi tələblər olduğu halda quraşdırlmasına icazə veriləcəyini qeyd ediblər.

Qeyd edək ki, suqızdırıcıların bir mətbəxdə quraşdırılması üçün 21 kub metr həcm tələb olunur. Əgər həcm buna uyğun gəlməsə, vətəndaşların elektrikli su qızdırıcılarından istifadə etməsi məsləhət görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar