Xəzər Xəbər

Çoxuşaqlı ailələrin sayı niyə azalır? VİDEO

Veb TV | 13:45 • 1 Fevral 2024
Çoxuşaqlı ailələrin sayı niyə azalır?

Azərbaycanda çoxuşaqlı ailə modeli zaman keçdikcə tarixə qovuşmaq üzrədir.

Xezerxeber.az xəbər verir ki, ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb.

Təbii ki, bu azalmaya səbəb olan müəyyən faktorlar var. Əvvəllər 5 və daha çox uşağın olması normal qarşılanırdı. Valideynlər gələcəkdə bir-birinə arxa, dayaq məqsədilə uşaqların sayının çox olmasına üstünlük verirdilər. Hətta, buna görə həmin ailələrə müəyyən güzəştlər edilirdi, təltiflər verilirdi.

Sosioloq Nailə İsmayılova bildirir ki, çoxuşaqlı ailələrin sayının azalması əsasən maddi vəziyyətlə bağlıdır. Övladının bütün ehtiyaclarını ödəmək istəyən valideynlər daha çox 2 uşağa üstünlük verirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Baş məsləhətçisi Rafiq Mahmudovun sözlərinə görə, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ailə institutunda dəyişikliklər baş verir.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Çox oxunanlar