Əvvəlcə mobil telefonlarına giriş bloklanıb, sonra kartlarından böyük məbləğlərdə pullar yoxa çıxıb. Fərqli şəxslər müxtəlif vaxtlarda eyni dələduzluqla üzləşdiklərini iddia edirlər.
Xezerxeber.az-ən xəbərinə görə, paytaxt sakini Aydan Əliyeva deyir ki, ötən il dekabrın 20-də telefonunun ekranı dayanmadan yanıb-sönməyə başlayıb. Sonra isə məlum olub ki, kartından pul çıxarılıb. Bildirir ki, hadisədən əvvəl hansısa təhlükəli link və ya proqrama da daxil olmayıb. Aytən Əliyeva sözügedən hadisənin onunla birlikdə 17 nəfərin başına gəldiyini deyir.
Nərmin Əliyeva və İlahə Xudiyeva adlı şəxslər də eyni dələduzluqdan zərər çəkdiklərini deyir.
Məsələ ilə bağlı aidiyyəti banklara və polisə də müraciət edildiyi bildirilib
İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, proses gecə saatlarında həyata keçirilib. Dələduzlar mobil cihazlarındakı bank tətbiqlərini ələ keçiriblər. Köçürmələr isə təkcə onlayn yox, ödəmə terminalları vasitəsilə də aparılıb.
Mütəxəssis bildirir ki, dələduzluqla qarşılaşanların hamısı android istifadəçiləridir. O həmçinin qeyd edir ki, telefonda zərərli kod və ya proqram olarsa, cihaza kənardan müdaxilə mümkündür.
Daxili İşlər Nazirliyindən isə “Xəbər Ertəsi”nə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır və nəticəsi barədə məlumat veriləcək.
Daha ətraflı videomaterialda: