Banklarda dollar qıtlığının olması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə “Xəbər Ertəsi”nin qaynar xəttinə də müraciətlər edilib. Məlumatın həqiqiliyini araşdırdıq.
İqtisadçı Elmir Səfərli bildirir ki, hər bir kommersiya bankının və Mərkəzi Bankın özünün dollar tələbatı var. Bu tələbat isə neftin satışından əldə olunan məbləğin büdcəyə transfer edilən dollar rezervi ilə formalaşır. Belə ki, həmin dollarlar satışa çıxarıldıqda banklar ehtiyacı olan qədərini alır. Geri qalanını isə Mərkəzi Bank alır və rezervində saxlayır. Hazırda isə banklarda dollarla bağlı həm tələbat, həm də dövriyyədəki məbləğ azalıb. İqtisadçı bunun səbəblərindən biri kimi əhalinin banklara qoyduğu depozit valyutasını göstərib.
Ekspert deyir ki, əhali arasında yayılan “dolların manata qarşı olan dəyəri qalxacaq” mövzusu da iqtisadi cəhətdən əsassızdır. İlin sonuna qədər manatın devalvasiyası gözlənilmir.
Daha ətraflı videomaterialda: