Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartların pozularaq həyata keçirilən işlər dünyanın ekosistemini pozur.
Xezerxeber.az xəbər verir ki, 22 ölkədən 49 QHT və ekofəal buna etiraz olaraq bəyanat yayıb.
Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını bəyan ediblər.
Bəyanatda deyilir ki, qlobal ictimaiyyətin ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri beynəlxalq konvensiyaların tələblərini ciddi şəkildə pozur.
Mütəxəssislər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb edirlər. Onların sözlərinə görə, Ermənistan bu məqsədlə konkret addımlar atmalıdır.
Ermənistanın dağ-mədən sənayesində həyata keçirilən işlərin ekologiyaya ciddi ziyan vurduğunu bildirən xarici QHT təmsilçiləri və ekofəallar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb ediblər.
O da qeyd olunub ki, yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: