Xəzər Xəbər

Paytaxtda 1 əsrdən çox yaşı olan binalar – İNSANLAR NARAHATDIR VİDEO

Veb TV | 21:05 • 31 Yanvar 2024
Paytaxtda 1 əsrdən çox yaşı olan binalar – İNSANLAR NARAHATDIR

Bakıda  istismar müddəti başa çatan qəzalı binalarla bağlı görülən işlər açıqlanacaq.

Xezerxeber.az xəbər verir ki, bu binalarda yaşayanlar hər an təhlükə ilə üz-üzədir.

Paytaxtın Nəsimi rayonun Ceyhun Hacıbəyli küçəsində  yaşayan  sakinlər binalarının yararsız hala düşdüyünü deyirlər.

Son illər  xüsusi ilə piloq layihə adı altında bəzi ərazilərdə köhnə binalar sökülərək sakinləri yeni mənzilllərə  köçürüldülər. Lakin, hələ də  sökülməyi gözləyən binaların sayı az deyil.

Bəs istismara yararsız tiktililər nə vaxt söküləcək?

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, proseslə əlaqədar  komisiya yaradılıb. Komisiyanın işi ilə bağlı yaxın müddətdə ictimaiyyətə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti