Xəzər Xəbər

Mərkəzi Bankın sədri inflyasiyaya təsir edəcək risklərdən DANIŞDI VİDEO

Veb TV | 20:20 • 31 Yanvar 2024
Mərkəzi Bankın sədri inflyasiyaya təsir edəcək risklərdən DANIŞDI

Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 8 faizdən 7,75 faizə, faiz dəhlizinin aşağı həddi 6,5 faizdən 6,25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8,75 faizə endirilib.

Xezerxeber.az-ın xəbərinə görə, Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, uçot dərəcəsi depozit faizlərinə gələn ildən təsir edə bilər.

Sədr inflyasiyaya təsir edə biləcək risklərin mövcudluğuna da diqqət çəkib.

Onun sözlərinə görə, geosiyasi gərginliklərin davam etməsi dünya bazarında müxtəlif əmtəələr üzrə qiymətlərin yenidən artmasına səbəb ola bilər.

Sədr deyib ki, son vaxtlar Qırmızı dəniz ətrafında yaranmış vəziyyət, eləcə də iqlim dəyişiklikləri qlobal təchizat zəncirinə və ərzaq qiymətlərinə təsir göstərir.

Taleh Kazımov 2024-cü ildə hədəflənən illik inflyasiyadan danışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar