2016-cı ildən pilot olaraq başlayan "Məktəblinin dostu" layihəsinin əhatə dairəsi genişləndirilir.
Xezerxeber.az-ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Fəridə Sahib bildirib ki, indiyə qədər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda həyata keçirilən layihə bu tədris ilindən bir neçə şəhəri də əhatə edəcək.
Fəridə Sahib deyir ki, ötən gün ''Məktəblinin dostu'' vəzifəsinə qəbul üzrə Bakı və Lənkəran şəhərlərində imtahanların test mərhələsi keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: