Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünə dair məlumat yayıb.
Xezerxeber.az XİN-ə istinadən bildirir ki, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
18:30
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib.
Xezerxeber.az AzTV-yə istinadla xəbər verir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub..
Xatırladaq ki, son görüş 2023-cü ilin noyabrın 30-da sərhəddə baş tutmuşdu.