Xəzər Xəbər

Növbədənkənar Prezident seçkilərinın keçirilməsi qərarı xalqın iradəsinə söykənir VİDEO

Veb TV | 20:08 • 8 Dekabr 2023
Növbədənkənar Prezident seçkilərinın keçirilməsi qərarı xalqın iradəsinə söykənir

Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker keçiriləcək növbədənkənar Prezident seçkilərinin yaranan yeni reallıqların təsbiti olduğunu söyləyib.

Millət vəkilləri bildiriblər ki, növbədənkənar Prezident seçkilərinın keçirilməsi qərarı xalqın iradəsinə söykənir. 

Plenar iclasda millət vəkili Fazil Mustafa parlamentin Mədəniyyət komitəsinə sədr seçilib.

Qeyd edək ki, adıçəkilən komitənin sabiq sədri Qənirə Paşayeva idi. O, bu ilin sentyabrında vəfat edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar