Xəzər Xəbər

DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib VİDEO

Veb TV | 13:48 • 8 Dekabr 2023
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) əhalidə qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara bir daha videomüraciət edib.

Bu barədə xezerxeber.az-a DİN-dən bildirilib.

"Nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaq", müraciətdə deyilir.

Xəbər lenti