Xəzər Xəbər

ABŞ Azərbaycana qarşı ikili standartlarını davam etdirir VİDEO

Veb TV | 20:38 • 6 Dekabr 2023
ABŞ Azərbaycana qarşı ikili standartlarını davam etdirir

ABŞ Azərbaycana qarşı ikili standartlarını davam etdirir.

Bu dəfə ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının Dini Etiqad Azadlığına dair hazırladığı hesabatda Azərbaycan hədəfə alınıb.

Sənəddə 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, dini obyektləri yerlə yeksan edən Ermənistan qalıb bir kənarda, tolerantlığı bir model kimi qəbul edən, multikultural ölkəmizə qarşı qərəzli mövqe sərgilənib.

Politoloq Zaur Məmmədov bildirib ki, Qərbin ayrı-ayrı qruplarının belə qərəzli mövqeləri belə bir sıra məqsədlərə hədəflənib.

Azərbaycanda dini dözümsüzlük və tolerantlıqla bağlı problemlərin olduğunu iddia etmək, sadəcə, siyasi korluq və qərəzin pik həddidir. Heç bir tutarlı fakt ortaya qoyulmadan Azərbaycanın hədəfə alınmasının yeganə səbəbi siyasi maraqlardır.

Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilib, dini icmaların fəaliyyətinə dəstək verilib. Hər il ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən 37 qeyri-müsəlman icmasına şamil edilir.

Hesabatda digər mühüm məsələlər  kimi bu məqam da  nədənsə yada düşmür. Bir sözlə ABŞ-nin bu hesabatı reallıqlara yox, özünün siyasi maraqlarına uyğun hazırlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti