Xəzər Xəbər

Gələn ilin dövlət büdcəsi təsdiqləndi VİDEO

Veb TV | 20:24 • 5 Dekabr 2023
Gələn ilin dövlət büdcəsi təsdiqləndi

Gələn ilin dövlət büdcəsi parlamentdə sonuncu oxunuşda qəbul edilib.

Xezerxeber.az-ın məlumatına görə, "2024-cü il üçün dövlət büdcəsi haqqında" qanun layihəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər isə 36 milyard 763 milyon manat nəzərdə tutulub.

Hərbi qulluqçularla bağlı bir neçə qanuna dəyişiklik layihələri də birinci oxunuşda qəbul edilib. Bildirilib ki, hərbçilərin əmək pensiyasına əlavələrin verilməsi qaydası dəyişir.

Hərbi qulluqçuların pensiyaya çıxmaq üçün xidmətkeçmə tələbinin 5 il artırılması ilə bağlı qanun layihəsi isə deputatlar arasında fikir ayrılığı yaradıb. Bu layihəni dəstəkləyənlər də olub, dəyişiklik təklif edənlər də.

Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi də səsə qoyularaq qəbul edilib. Layihəyə əsasən, Şuşanın 3 kəndi Xocalı rayonuna verilir. Füzulinin 2, Cəbrayıl və Laçının isə hərəsinin 1 kəndi ləğv edilərək əraziləri Xocavənd rayonuna daxil edilir. Eləcə də Füzulinin Divanalılar kəndinin 139 hektar ərazisi Xocavənd rayonuna, Xocalının dövlət mülkiyyətində olan 186 hektar torpaq sahəsi Ağdam rayonuna, Xocavəndin dövlət mülkiyyətindəki 481 hektar torpaq sahəsi isə Qubadlı rayonuna verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti