Xəzər Xəbər

Oğurluq edənlər ifşa edildilər VİDEO

Veb TV | 22:01 • 4 Dekabr 2023
Oğurluq edənlər ifşa edildilər

Gəncədə köşklərdən oğurluq edən şəxs ifşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, şəhər ərazisindəki köşklərə daxil olaraq oradan nağd pul, tütün, energetik içki və digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxs kameraya düşüb.

Araşdrımalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Xalıq Məmmədov noyabr ayında şəhər ərazisində fəaliyyət göstərən 2 köşkə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hacıqabulda isə rayon ərazisində rabitə dirəklərindən 310 metr kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov şübhəli kimi  saxlanılıb. O, ilkin dindirilmə zamanı törətdiyi oğurluq faktını etiraf edib.

İstintaq zamanı Elşad İbrahimovun rayon ərazisində yerləşən və qohumuna məxsus olan evdən də məişət əşyaları və avadanlıqları oğurladığı və zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.

Oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Faktla bağlı  cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024