Xəzər Xəbər

Bakıda iki yaşlı uşaq qızılcadan dünyasını dəyişib VİDEO

Veb TV | 21:13 • 3 Dekabr 2023
Bakıda iki yaşlı uşaq qızılcadan dünyasını dəyişib

Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində iki yaşlı uşaq qızılcadan dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, dekabrın 7-i vəfat edən Elmir Baxışlının iki yaşı tamam olacaqdı.

Uşağın atası Elbrus Baxışov deyib ki, Elmir Baxışlı qızılca peyvəndi olunmamışdı.

Onun sözlərinə görə, axşam uşağın halı pisləşib və xəstəxanaya çatdırılıb. Xəstəxanadan zəng edib xəbər veriblər ki, uşaq nəfəs çatışmazlığından dünyasını dəyişib.

TƏBİB-dən isə məsələ ilə bağlı “Xəzər Xəbər”ə bildirildi ki, azyaşlı noyabrın 30-da axşam saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub.

Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub. Xəstə süni tənəffüs aparatına qoşulub, eləcə də intubasiya olunub. Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və dünən saat 17:00-da bioloji ölüm baş verib. Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar