Özünü beynəlxalq statuslu insan haqları təşkilatı kimi qələmə verən "Freedom House" indi də separatizmin dəstəkçisi rolunda çıxış edir.
Xezerxeber.az-ın məlumatına görə, təşkilatın 2023-cü il üzrə hesabatlarının ilkin variantları bunu deməyə əsas verir.
Hesabatlarda Ermənistan yarımazad, Azərbaycan isə qeyri-azad kimi göstərilib.
Mövzuya münasibət bildirən media eksperti Müşfiq Ələsgərli deyib ki, "Freedom House" "internet azadlığı indeksi"ni 13 ildir təqdim edir. Hər dəfə də hansısa yeni saxtalığı ilə diqqət çəkir. Builki hesabatı da bu baxımdan istisna deyil. Sonuncu hesabatda "Freedom House" tərəfindən etnik-separatizm dəstəklənir.
''Dağlıq Qarabağ'' Azərbaycandan ayrıca, əlahiddə qurum kimi qiymətləndirilir.
Ekspert deyib ki, bununla da ABŞ-nin son bir il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasət "Freedom House" tərəfindən hazırlanan hesabatlarda da öz inikasını tapır.
Hesabatda "Dağlıq Qarabağ" təkcə ərazi baxımından deyil, həm də "demokratik azadlıqlar" konteksində Azərbaycandan qoparılır. Hesabatda Azərbaycan "qeyri-azad", "Dağlıq Qarabağ" isə "yarım-azad" ərazi kimi dəyərləndirilərək, Ermənistanla eyniləşdirilir.
"Freedom House" ABŞ-nin siyasi hədəflərinə uyğun davranışlarını davam etdirərək, mərhələ-mərhələ digər dövlətlərə də yer ayırır. Türkiyə başda olmaqla, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri də özünün qarayaxma kampaniyasına məruz qoyur.
Qeyd edək ki, "Freedom House" tərəfindən hazırlanan "İnternet azadlığı indeksi"ndə 100 ölkə arasında 39 ölkə qeyri-azad, 29 ölkə yarım - azad, 31 ölkə isə tam azad ölkə kimi göstərilib. ABŞ-nin maraqlarına rəqib olan dövlətlərin hamısı qruplaşdırılaraq, "39 qeyri-azad ölkə" kateqoriyasına sığışdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: