Xəzər Xəbər

MTK-ların kommunal ödəniş FIRILDAĞI VİDEO

Veb TV | 20:40 • 28 Noyabr 2023
MTK-ların kommunal ödəniş FIRILDAĞI

Mənzilin sahəsi dövlət çıxarışında 75.2 kvadratmetr göstərildiyi halda, vətəndaş MTK-ya komunnal xidmətlərə görə 87 kvadratmetr üçün ödəniş edir

Xezerxeber.az xəbər verir ki, bəzi MTK-lar alqı-satqı zamanı komunnal ödənişlərin məbləğini özləri təyin etdikləri kvadratmetrə əsasən müəyyənləşdirirlər.Əksər hallarda mənzilə çıxarış alarkən onun sahəsi MTK ilə imzalanan müqavilədə göstərilən kvadratmetrdən az olur.

Xidmət haqqı  köhnə müqaviləyə əsasən hesablandığına görə vətəndaşlar MTK-ya daha çox ödəniş etməli olurlar.

Əmlak eskperti Ramil Osmanlı deyir ki mülki qanunvericiliyə əsasən mənzilin əsas sənədi dövlət çıxarışı hesab olunur və ödənişlər də orada göstərilən sahəyə görə həyata keçirilməlidir.

Yalnız dövlət çıxarışı olmadığı halda, xidmət haqqı MTK-nın vətəndaşla bağladığı müqavilə əsasında hesablana bilər.

Vətəndaşlar deyir ki, MTK-lar müəyyən xərclərini qarşılamaq üçün bu üsulla əlavə gəlir əldə etməyə çalışırlar.

Ekspert qeyd edib ki, MTK-lar əlavə gəlir əldə etmək üçün vətəndaşların məlumatsızlığından istifadə edir. Əslində çıxarış alan mənzil sahibləri MTK-ya yaxınlaşaraq müqavilənin yenilənməsini tələb edə bilərlər.

O, əlavə edib ki, qanunsuzluğa yol verən MTK-lara qarşı ciddi tədbirlər görülmədiyindən bu sahədə sui istifadə halları dəfələrlə artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar