Xəzər Xəbər

Hava şəraiti kəskin dəyişəcək XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 21:29 • 27 Noyabr 2023
Hava şəraiti kəskin dəyişəcək

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.

Xezerxeber.az-ın məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanova bildirib ki, temperatur əvvəlki günlərlə müqayisədə dəfələrə enəcək.

Bu arada, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bildirilib ki, güclü küləklə bağlı dənizdə dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar