Xəzər Xəbər

Daha 106 sakin doğma yurda, Füzuliyə qayıdır VİDEO

Veb TV | 08:30 • 27 Noyabr 2023
Daha 106 sakin doğma yurda, Füzuliyə qayıdır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Xezerxeber.az xəbər verir ki, noyabrın 27-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Çox oxunanlar