Sumqayıtda içməli su günlərdir ki, küçə ilə axır. Hətta bu səbəbdən avtomobil yolu keçilməz vəziyyətə gəlib.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirir ki, su sızmasının baş verdiyi xətt 400 millimetrlik borudur və mənbəyini vaxtilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi şəbəkədən götürür.
İçməli suyun küçəyə axması piyadaların hərkətinə də çətinlik yaradıb.
Məsələ ilə bağlı "Azərs"u ASC-nin Sumqayıt Sukanal İdarəsindən bildirildi ki, ərazidə çox az miqdarda su axını qeydə alınıb. Qəzanı aradan qaldırmaq üçün əraziyə işçilər və texnikalar cəlb edilib.
Çəkiliş aparıldıqdan dərhal sonra problem aradan qaldırılıb və sakinlər içməli su ilə təmin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: