Xəzər Xəbər

Cəbrayılın Soltanlı kəndi BELƏ OLACAQ VİDEO

Veb TV | 22:02 • 24 Noyabr 2023
Cəbrayılın Soltanlı kəndi BELƏ OLACAQ

Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonun Soltanli kəndinin təməli qoyulub.

Təməlqoyma mərasimində Macaristanin xarici işlər və ticarət naziri Peter Siyarto, Əmək və Əhalinin Sosial müdafiə Naziri Sahil Babayev, Dövlət Arxitektura komitəsinin Anar Quliyev və Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak edib.

Kəndin layihəsi Macaristanin Kezs şirkətlər qrupu və Bakı dövlət layihəsi institutu tərəfindən hazırlanıb. Yaşayış menteqesinde 496 fərdi evin, 1 044 mənzildən ibarət 4 və 5 mərtəbəli binalarin tikintisi nəzərdə tutulur.

Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, əhəmiyyətli yolların kəndin yaxınlığından keçməsi buranın inkişafını sürətləndirəcək.

Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədri Anar Quliyev isə bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə 100 yaşayış məntəqəsi bərpa olunacaq və ilin sonunadək 80 faizində əsas ərazi planlaşdırma işləri tamamlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar