Doğulandan fərqində olmadan 10-a yaxın irsi xəstəliklərin daşıyıcısı oluruq. Problem onda yaranır ki, ailə qurduğumuz şəxs də eyni xəstəliklərin daşıyıcısı olur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.
Xezerxeber.az-ın xəbərinə görə, mütəxəssis bildirdi ki, ilk hamiləlikdən öncə xromosom analizinin verilməsi yetərli sayılır.
Çünki pəhrizlər vasitəsilə vaxtında təyin olunmuş metobolik xəstəliklərin qarşısını almaq mümkündür. Genetik testlərin əksəriyyəti pasiyentə heç bir ağrı yaşatmadan götürülür. Ağız boşluğundan götürülən yaxma, yaxud pasiyentin hansısa bir toxuması, məsələn, tük soğanağı, dırnaq, dəri, skelet, toxuma parçası və sair yetərlidir. Lakin elə genetik testlər də var ki, venadaxilindən qanın götürülməsi ilə həyata keçirilir.
Cavablar isə 2 gündən 3 ayadək müddət ərzində çıxır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: