Xəzər Xəbər

Azərbaycanda bu obyektlər gecə-gündüz 24 saat QORUNUR VİDEO

Veb TV | 21:05 • 22 Noyabr 2023
Azərbaycanda bu obyektlər gecə-gündüz 24 saat QORUNUR

Azərbaycanda bu pbyektlər - 3 vağzal, 111  stansiya və 12 dayanacaq gecə -gündüz  demədən 24  saat  qorunur. Polislərə komandir tərəfindən təlimatlar verildikdən sonra dəmiryolu vağzalında və onun ərazisində xidmət start götürür.

Xezerxeber.az xəbər verir ki, bundan sonra  Bakı Dəmiryolu vağzalında sərnişinləri yoxlayıb, içəri buraxırlar. Məqsəd qatarlarda sərnişinlərin təhlükəsizliyini tam şəkildə qorumaqdır. Buna görə də qatarlara təhlükəli əşyalarla keçidin qarşısı əvvəlcədən alınır.

Dəmirylolu Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Vüsal Alıyev deyir ki, xidməti ərəzilərdə  kriminogen durum daim nəzarətdə saxlanır.

Xidməti ərazilərdə  yerləşən 3 vağzal, 111 stansiya, və 12 dayanacaq var ki, onların hər birində təhlükəsizliyi Dəmirylolu Nəqliyyatında Polis İdarəsi təmin edir

Eyni zamanda polis əməkdaşları tərəfindən yüklərin daşınması zamanı da təhlükəsizlik tədbirləri görülür. Polis tərəfindən dəmiryolu vasitəsilə narkotik daşımalarının qarşısı qətiyətlə alınır. Bu ilin 9 ayı ərzində 5 ədəd silah və ona aid sursatlar da aşkarlanıb.

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində qatarlarla 3 milyon 324 mindən artıq sərnişin daşınıb. Müvafiq dövr ərzində bu ərazilərdə qeydə alınan   94 cinayət hadisəsinin  95%-ə yaxını açılıb. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin  respublikanın müxtəlif bölgələrində 6 şöbə və 4 bölməsi fəaliyyət göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti