Xəzər Xəbər

Xırdalanda gedişhaqqının artırılması NARAZILIĞA SƏBƏB OLDU VİDEO

Veb TV | 20:00 • 22 Noyabr 2023
Xırdalanda gedişhaqqının artırılması NARAZILIĞA SƏBƏB OLDU

592 nömrəli avtobusda gedişhaqqı artıb.

Xezerxeber.az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhəri ilə Görədil qəsəbəsini əlaqələndirən müntəzəm marşrut xəttininin sərnişinləri qiymətin dəyişməsindən narazıdırlar.

Onlar deyir ki, avtobusda ödəniş kart sisteminə keçəndən sonra gedişhaqqı 50 qəpik olub.

Sərnişinlər məsafədən asılı olmayaraq 50 qəpik ödəniş tələb edilməsini doğru saymadıqlarını bildirir.

Qiymət artımı ilə bağlı daşıyıcı şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, əvvəllər marşrut xəttində fiziki şəxsə məxsus kiçiktutumlu, istismara yararsız avtobuslar xidmət göstərib. Sonradan xəttə daha böyük və rahat avtobuslar buraxılıb.

Xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə də kartla ödəniş sisteminə keçid edilib. 592 saylı xəttin bir dövrünün uzunluğu 45,6, yarım dövrü isə təxminən 23 kilometrdir. Tarif Şurasının müvafiq qərarı ilə də dövrünün yarısı 15 kilometrdən artıq olan müntəzəm marşrut xətlərində gedişhaqqı 50 qəpik müəyyən edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti