Xəzər Xəbər

Fransanın zülmündən əziyyət çəkən xalqların nümayəndələri Bakıya toplaşdı VİDEO

Veb TV | 21:06 • 21 Noyabr 2023
Fransanın zülmündən əziyyət çəkən xalqların nümayəndələri Bakıya toplaşdı

Qvadelupa, Martinika, Qvinia, Sen-Pyer və Mikelon, Yeni Kaledoniya, Polineziya və digər 7 dənizaşırı ərazilərin xalqları uzun illərdir Fransa müstəmləkəçiliyindən əziyyət çəkirlər.

Onlar azad olmaq istəyirlər. Kölə olmaq, zorla işlədilmək istəmirlər. hamı kimi onlar da öz dillərində danışmaq istəyirlər. Amma Fransa buna icazə vermir.

"Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması" mövzusunda Bakıda keçirilən konfrans Fransa zülmündən əziyyət çəkən xalqlara səslərini dünyaya çatırmaq üçün fürsət verdi. Çıxış edən nümayəndələr bildirdi ki, Fransanın müstəmləkəçilik siyasətindən ən çox zərər çəkən qadın və uşaqlardır.

Tədbirdə çıxış edənlər bildirib ki, Fransanın müstəmləkəçilik siyasətindən ən çox qadınlar əziyyət çəkiblər. Onlar cinsi zorakılığa, köləliyə, dəhşətli diskriminasiyaya məruz qalıblar.

Fransa zülmündən ən çox əziyyət çəkən Əlcəzair də konfransda təmsil olunurdu. Əlcəzairli professor deyir ki, xalqı Fransanın etdiklərini əsla unutmayacaq.

Bu çıxışlardan sonra əslində Fransanın danışmağa dili, çölə çıxmağa üzü olmamalıdır. Fransa törətdiyi əməllərə, müstəmləkəçilik siyasətinə görə üzr istəməlidir. Azərbaycan isə Qoşulmama Hərəkatının sədri kimi bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları hər zaman dəstəkləyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar