Qışın daha uzun olduğu kəndlərdən biri də Şamaxının Ərçiman kəndidir. Ancaq, bu kənddə hələ də qaz yoxdur.
Sakinlər təbii qazın yoxluğu səbəbindən uzun illərdir ki, əziyyət çəkirlər. 150-dən çox ailənin məskunlaşdığı kəndin sakinləri yandırmağa artıq odun da tapmırlar.
Sakinlər bildirir ki, ətrafdakı ucqar kəndlərə belə mavi yanacaq verilsə də bu kənd sanki unudulub.
Bəs görəsən kəndə mavi yanacaq nə vax veriləcək?.
Aidiyyəti qurum məsələyə münasibət bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: