Belə əlamətlər biruzə verən bu xəstəlik əslində “Hepatit A” virusdur.
Xezerxeber.az xəbər verir ki, son bir həftə ərzində Mingəçevir şəhərindən bu diaqnozla 6 şagird paytaxtın 2 nömrəli uşaq xəstəxanasına gətirilib.
Daxil olan 4 oğlan və iki qız uşağına xəstəxanada ilkin yardım edilib. Onların bəzilərinin vəziyyəti stabilləşib.
Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 nömrəli Kliniki Uşaq Xəstəxanasın şöbə müdiri Aynur Musayeva deyir ki, daxil olan uşaqlardan 2-də "Hepatit A" virusu aşkar edilib. Digər 4 uşaqda isə hələki hepatit-a virusu təsdiq edilməyib.
Müraciət edən xəstələrdən 2-si ambulator müalicə üçün evə buraxılacaq, digər 4 nəfər isə xəstəxanada həkim nəzarəti altında müaliəcə alacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: