Tanınmış alim Arif Acaloğlu yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən onu maşın vurub.
Xezerxeber.az xəbər verir ki, o, xəstəxanada dünyasını dəyişib. Avtomobili Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə edirmiş.
Yaxınları "Xəzər Xəbər"ə bildirdilər ki, tanınmış türkoloq alim Arif Acaloğlu Türkiyədə yaşayırdı və Azərbaycana 4 günlük qonaq gəlmişdi.
Verilən məlumata görə, hadisədən dərhal sonra Azər Maqsudov Arif Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində Azər Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: