Göygölün Üçtəpə kəndinin sakinləri 20 gündən çoxdur ki, susuz qalıblar.
Xezerxeber.az xəbər verir ki, Göygölün Üçtəpə kəndinin bir qrup sakini 3 həftədən çoxdur ki, evlərinə su gəlmədiyini, içməli suyu pulla aldıqlarını iddia edir.
Məsələ ilə bağlı Göygöl Suvarma Sistemləri İdarəsindən bildirilib ki, kanalda suyun dayandırılması müvəqqətidir və bunun səbəbi var.
Qurumdan təmir işlərinin 3 gün ərzində yekunlaşacağı və kanala su verilişinin bərpa olunacağı bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: