Laçın şəhəri və rayonun kəndlərində genişmiqyaslı abadlıq – quruculuq işləri aparılır.
Xezerxeber.az-ın məlumatına görə, hazırda Laçın inkişaf yolundadır.
Gözəl diyar artıq abadlaşır, inkişaf edir. Qısa zamanda yollar bərpa edilib, yeni evlər tikilib.
İlkin mərhələdə Laçın şəhərində 712 obyekt üzrə əsaslı təmir-quruculuq işləri aparılır. Bunlardan 75-i qeyri -yaşayış, 628-i fərdi yaşayış evi, 9-u ümumi yaşayış binasıdır.
Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev “Xəzər Xəbər”ə bildirib ki, Laçında infrasturuktur layihələri ilə yanaşı nəqliyyat problemi də həll olunacaq. Yaxın vaxtlarda burada ictimai nəqliyyat fəaliyyətə başlayacaq.
Laçına köçən sakinlər də dəyişikliyi yaxından görür və bu işlərə sevinirlər.
Qeyd edək ki, indiyə qədər Laçın şəhərinə 215, Zabux kəndinə isə 21 ailə köçürülüb. Rayonun su, qaz və yol infrasturukturu da yenidən qurulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: