Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Xezerxeber.az xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan Bərdə sakini, 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.
Xezerxeber.az hadisənin videogörüntüsünü təqdim edir: