Şəkidə fərdi yaşayış evində yanğın olub.
Xezerxeber.az xəbər verir ki, şəhərin Mirzə Ələkbər Sabir küçəsində fərdi evdə başlayan yanğın nəticəsində ikimərtəbəli ev tamamilə yanıb. Hadisə nəticəsində ev sahibi 67 yaşlı Salmanova Ziyafət İdris qızının yanmış cəsədi aşkar edilib.Meyid aidiyyəti üzrə təhvil verilib.
Alovlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər mühafizə olunub.
Faktla əlaqədar araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: