Yeyib-içdikdən sonra düşən mübahisə bıçaqlanma ilə bitib.
Xezerxeber.az verir ki, hadisə Mingəçevirdə, Ərəş küçəsindəki kafelərdən birində baş verib. Məlumata görə, 3 şəxs arasında yaranan mübahisə qanla bitib.
Bıçaqlanma zamanı xəsarət alan hər 3 şəxs Xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan iki nəfərinin müalicəsi orada davam etdirilir.
İlkin məlumata görə, hadisəyə səbəb tərəflərin bir-birini nalayiq ifadələrlə təhqir etmələri olub. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: