Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi və Novxanı kəndi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.