Xəzər Xəbər

Ləğv olunmuş bankda bir şəxsin 61 milyon manatı var VİDEO

Həmin əmanət sığortasızdır
Veb TV | 21:33 • 1 Noyabr 2023
Ləğv olunmuş bankda bir şəxsin 61 milyon manatı var

Ləğv olunmuş "Muğanbank"dakı sığortasız əmanətin 61 milyon manatı təkcə bir fiziki şəxsə məxsusdur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, sözügedən bankdakı sığortasız əmanət təxminən 102 milyon manat təşkil edir. Bunun da 76 milyon manatı fiziki şəxslərindir. Qalanı isə hüquqi şəxslərə məxsusdur. Buna görə də "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə heç bir təsir göstərmir.

Taleh Kazımov bank sahəsindəki islahatlardan da danışıb. O bildirib ki, şəffaflığın artırılması məqsədi ilə bu aydan etibarən bankların şikayət indeksi açıqlanacaq.

Uçot dərəcəsinin 0,5 faiz azaldılaraq 8,5 % həddində təyin edildiyini deyən Mərkəzi Bankın sədri həmçinin son 2 ildə inflyasiyada azalma müşahidə edildiyini diqqətə çatdırıb.

Həmçinin vurğulanıb ki, orta neft qiyməti nəzərə alınaraq gələn il də əməliyyat balansında profisitin olacağı proqnozlaşdırılır.  

Taleh Kazımov bildirib ki, ümumi daxili məhsulun gələn il  3,5%, 2025-ci ildə isə 4% artacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti