Xəzər Xəbər

Bu kənddə meyvə agacları odun kimi istifadə edilir FOTO/VİDEO

Səbəb qazın olmamasıdır
Veb TV | 20:39 • 1 Noyabr 2023
Bu kənddə meyvə agacları odun kimi istifadə edilir

Qəbələ rayonunun Bunud kəndində həyətlərdəki meyvə agacları odun kimi istifadə edilir.

Səbəb sözügedən kənddə qazın olmamasıdır.

Xezerxeber.az-ın məlumatına görə, Bunud kəndinin 1200 nəfərə yaxın əhalisi var.

Mavi yanacaq olmadığı üçün sakinlər qış fəslində çox çətinlik çəkdiyini deyirlər.

Məsələ ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyindən qeyd edilib ki, Bunud kəndinin qazlaşdırılması növbəti mərhələdə aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar